Bakı,14 oktyabr, Sporaz.tv
Bu gün UEFA Millətlər Liqasında B, C və D liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib. B Liqasının 3-cü qrupunda yer alan Avstriya öz meydanında Norveçlə üz-üzə gəlib.
Sporaz.tv xəbər verir ki, UEFA Millətlər Liqası 3 fərqli liqa və 4 qrupda oynanılan 8 qarşılaşma ilə davam etdi. B Liqasının 3-cü qrupunda yer alan Avstriya öz meydanında qəbul etdiyi Norveçi 5-1 hesabı ilə məğlub edib.
Qarşılaşmanın böyük hissəsi üstün olan Avstriya 5-1 hesabı ilə qalib gəlib.
Meydan sahiblərinə qələbə qazandıran qolları 8 və 49-cu dəqiqələrdə Marko Arnautović, 58-ci dəqiqədə Philipp Lienhart, 62-ci dəqiqədə Stefan Posch və 71-ci dəqiqədə Michael Gregoritsch vurub.
Qonaq komanda Norveçin yeganə qolunu 39-cu dəqiqədə Alexander Sørloth vurub. Bu nəticədən sonra Avstriya qrupda ikinci qələbəsini qazanıb. Norveç ilk məğlubiyyətini aldı.
UEFA Millətlər Liqasında bu gün keçirilən oyunların nəticələri aşağıdakı kimidir:
B Liqası 2 Qrupu:
Finlandiya – İngiltərə: 1-3
Yunanıstan – İrlandiya Respublikası: 2-0
B Liqası 3. Qrupu:
Qazaxıstan – Sloveniya: 0-1
Avstriya – Norveç: 5-1
C Liqası 4. Qrup:
Ermənistan – Şimali Makedoniya: 0-2
Farer adaları – Latviya: 1-1
D Liqası 1. Qrup:
Lixtenşteyn – Cəbəllütariq: 0-0
Malta – Moldova: 1-0