Milanda Fonseca dövrü

Bakı,13 iyun,Sporaz.tv

İtaliyanın 1-ci Futbol Liqası komandalarından biri olan “Milan” texniki direktor vəzifəsinə Paulo Fonsecanı təyin edib.

Klubdan verilən açıqlamada 51 yaşlı portuqaliyalı çalışdırıcı ilə 3 illik müqavilə imzalandığı qeyd edilib.

Fonseca karyerası ərzində  Porto, Braga,Shakhtar Donetsk, Roma və nəhayət, “Lille”i çalışdırıb.

“Milan” ötən mövsümün sonunda Stefano Pioli ilə yollarını ayırıb.