Milanda 1 matç üçün 6 il gözləyən müdafiəçi

Bakı, 14 iyun, Sporaz.tv

Gözlə dedi, getdi. Milan gözləmədi, Caldara da gəlmədi. Halbuki Caldara Milana transfer olduqdan sonra liqada forma geyinə bilmək üçün 6 il gözlədi.

Atalanta alt liqasında yetişən müdafiəçi, Gasperinin 3-lü müdafiəsində önəmli rol oynayırdı.2016-cı ildə Juventus-a 19 milyon avroya transfer olundu.

Sonrakı illərdə isə Caldara 38 milyon avroya qırmızı-qaraların formasını geyindi.Avropa liqası ve İtalİya kubokunda 1 dəfə matça çıxan oyunçunun, çarpaz bağları yırtıldı. Karyerasında eniş yaşayan Caldara daha sonra Veneziaya, Atalantaya, Speziaya kiralandı. Sezon başında isə Milana geri qayıtdı. Biləyindən əməliyyat olundu. 6 il əvvəl gəldiyi Milanda heç cür liqa matçına çıxa bilmədi. Ta ki bu sezonun qarşılaşması Salernitana oyununa qədər. Komandası 2:0 irəlidəykən oyuna girdiyi matç 3:3 hesabla bitdi. Qırmızı-qaralar ilə müqaviləsi sezonun bitməsiylə başa çatdı.