“Milan Skriniar”dan transfer açıqlaması

Bakı, 1 iyul, Sporaz.tv

Adı “Fenerbahçe ” və “Galatasaray “la hallanan PSG-nin slovakiyalı müdafiəçisi “Milan Skriniar”ın Fransa klubundan ayrılacağı ilə bağlı iddialara cavab verib.

Transferdə adı “Beşiktaş“, “Fenerbahçe ” və “Galatasaray “la hallanan slovak müdafiəçi Milan Skriniar gələcəyi ilə bağlı açıqlamalar verib.

AVRO-2024-ün son 16 turunda Slovakiyanın İngiltərəyə əlavə vaxtda 2-1 hesabı ilə məğlub olduğu matçdan sonra  “Calciomercato”ya danışan Skriniar, “Paris Saint Germain”-də (PSG) qalacaqsan?” O, “Bəli, PSG-də qalıram” cavabını verib.

Xəbərdə xatırladılır ki, son günlər haqqında ayrılıq xəbərləri yayılan 29 yaşlı futbolçunun adı Superliqanın 3 böyük klubu ilə hallanıb: “Kim bilir? Jose Mourinhonun ehtiyat oyunçular skamyasında olması həlledici ola bilər”. şərh edildi.

Bundan əlavə, slovakiyalı futbolçunun iradəsinin qalmaq olduğu bildirilsə də, PSG-nin baş məşqçisi Luis Enrikenin müdafiə xəttində ilk seçim kimi Skrinyarı hesab etmədiyi qeyd edilib.

Bu arada  Antonio Conteni baş məşqçi təyin edən və təcrübəli müdafiəçi axtarışında olan “Napoli”nin də təcrübəli futbolçu ilə maraqlandığı bildirilib. PSG-nin Skriniarı icarəyə götürməyə razılaşacağı təqdirdə bu transferin reallaşa biləcəyi iddia edilib.