“Milan” baş məşqçisinə son dəfə şans verib

Bakı, 19 sentyabr, Sporaz.tv

Milan“ın baş məşqçisi Paulo Fonsecanın mövqeyi hazırda gündəmdədir. Fonsecanın A Seriyasında bazar günü oynanılacaq derbidə uduzacağı təqdirdə qovulacağı iddia edilib.

Sporaz.tv xəbər verir ki, İtaliya A Seriyasında 2024-25 mövsümünə yaxşı başlaya bilməyən “Milan”, Çempionlar Liqasında qonaq olduğu “Liverpool“a 3:1 hesabı ilə uduzub.

İtaliya mətbuatı pis nəticələrdən sonra baş məşqçi Paulo Fonsecanın mövqeyinin sarsıldığını yazıb.

“La Gazzetta dello Sport”da yer alan xəbərə görə, “Milan”ın bazar günü derbidə “İnter“ə uduzacağı təqdirdə Paulo Fonseca qovulacaq.

Xəbər təfərrüatında portuqaliyalı məşqçinin yerinə ilk namizədin Maurizio Sarri olduğu bildirilib. 65 yaşlı çalışdırıcı, sonuncu dəfə “Lazio”da çalışıb.

Leave a Reply