Miguel Crespo üçün sürpriz transfer ehtimalı ortaya çıxıb

Bakı, 26 iyul, Sporaz.tv

Fenerbahçe“nin təcrübəli yarımmüdafiəçisi Miguel Crespoya sürpriz talib çıxıb. Superliqanın yeni komandası Crespo üçün təşəbbüslərə start verməyə hazırlaşır.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nın Vitor Pereira dönəmində “Estoril”dən 1,5 milyon avroya transfer etdiyi Miguel Crespo ötən mövsümün ara transfer dövründə “Rayo Vallecano”ya icarəyə verilmişdi.

İspan komandası ilə 6 aylıq müqaviləsini başa vuraraq “Fenerbahçe”ya qayıdan Miguel Cresponun sürpriz talibi olub.

Göztepe“, Jose Mourinhonun planları arasında olmayan Krespo ilə maraqlanırdı.

İzmir komandasının portuqaliyalı yarımmüdafiəçi üçün cəhdlərə başlayacağı bildirilib.

Miguel Cresponu icarəyə götürmək istəyən Göztepe, futbolçunun maaşının bir hissəsinin “Fənərbaxça”dan ödənilməsini tələb edəcək.

“Fənərbaxça” ilə ümumilikdə 80 matça çıxan Miguel Crespo 5 qol vurub, 7 məhsuldar ötürmə edib.

27 yaşlı futbolçu “sarı-lacivərdlilər”lə müqaviləsinin son ilinə qədəm qoyub.

Bahar Rüstəm