Miguel Crespo Superliqada qalır

Bakı, 16 avqust, Sporaz.tv

Fenerbahçe“(Fənərbaxça)-nin diqqətindən kənarda qalan Miguel Crespo üçün sürpriz bir transfer inkişafı yaşandı. Superliqa komandası, Miguel Crespo ilə təmaslara başlayıb. Klub prezidenti danışıqların aparıldığını təsdiqləsə də, son dəqiqə problemi olmasa, portuqaliyalı futbolçunun transferi reallaşacaq.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün heyət planlamasını davam etdirən “Fenerbahçe”də diqqətdən kənarda qalan adlardan biri də Miguel Crespo idi.

Jose Mourinhonun planları arasında olmayan Miguel Cresponun sürpriz talibi olub.

“Fenerbahçe” ilə müqaviləsinin son ilinə qədəm qoyan Miguel Crespo, Başakşehirlə danışıqlar aparır.

Başakşehir prezidenti Göksel Gümüşdağ da Crespo təmaslarını təsdiqləyərək, “Fenerbahçe ilə heç bir əlaqəmiz yox idi, amma Crespo adı bizə idarəçilərdən gəldi. Şərtlər bizə uyğun gəlsə, maraqlana bilərik”-dedi.

Klublar razılaşarsa, portuqaliyalı yarımmüdafiəçi, Başakşehirlə müqavilə imzalayacaq.

Fenerbahçe, 2021-22 mövsümünün əvvəlində Estorildən Migel Kresponu 1,5 milyon avroya transfer edib.

Ötən mövsümün ikinci yarısında “Rayo Vallecano”da çıxış edən 27 yaşlı futbolçu, 2023-24 mövsümündə ümumilikdə 33 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.