Migel Crespo transferi reallaşır

Bakı, 19 avqust, Sporaz.tv

Fenerbahçe“nın diqqətdən kənarda qaldığı Miguel Cresponun “Başakşehir“ə transferi addım-addım reallaşır. Digər tərəfdən Portuqaliya mətbuatı da Miguel Cresponun müqavilə müddətini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” baş məşqçi Jose Mourinhonun planları arasında olmayan Miguel Crespo ilə yollarını ayırır.

Bir müddətdir “Başakşehir”lə təmasda olan Miguel Cresponun transferi başa çatıb.

Miguel Crespo “Başakşehir”lə müqavilə imzalayır.

Portuqaliyalı yarımmüdafiəçinin “narıncı-lacivərdlilər”lə 3 illik müqavilə bağlayacağı bildirilib.

Miguel Cresponun “Başakşehir”e keçidinin səhhəti yoxlanıldıqdan sonra rəsmiləşəcəyi bildirilib.

“Başakşehir” prezidenti Göksel Gümüşdağ son açıqlamasında “Fenerbahçe” ilə heç bir əlaqəmiz olmayıb, amma Crespo adı bizə menecerlərdən gəlib. Şərtlər bizə uyğun gəlsə, maraqlana bilərik” deyib.

“Fenerbahçe” müqaviləsinin son ilinə qədəm qoyan Miguel Crespo üçün 2021-22 mövsümündə “Estoril”ə 1,5 milyon avro transfer haqqı ödəyib.

Bahar Rüstəm