“Meydanda xarakter göstərib qələbə qazandıq”

Bakı, 23 sentyabr, Sporaz.tv

Misli Premyer Liqasının VII turunda “Sabah” səfərdə “Səbail” 4:2 hesabıyla üstün gəldi. Oyundan sonra Masazır təmsilçisinin üzvü Şakir Seyidov sporaz.tv-in əməkdaşının suallarını cavablandırdı.

  • Oyunla bağlı fikirlərin maraqlıdı…
  • Matça istədiyimi kimi başlamadıq. Erkən qol buraxdıq. Amma bu qol toparlanmağımız üçün həyəcan siqnalı oldu. Şükürlər olsun ki, meydanda xarakter göstərib qələbə qazandıq.
  • İki qolunuz ləğv olundu və bir penalti epizodunuz VAR-a baxıldıqdan sonra ləğv edildi. Həmçinin bol sarı kartlar verildi. Bu barədə nə deyərdin?
  • Düzdü qollarımız nəzərə alınmadı, penaltimiz də ləğv edildi. Bu hakimlərin qərarıdı və hörmətlə yanaşmalıyıq. Əsas odur ki, qələbəylə meydandan ayrıldıq. Artıq bu oyunu arxada qoyub, irəli baxmalıyıq.
  • Növbəti turda “Qarabağ”a qarşı oynayacaqsız. Çətin olmayacaq?
  • Əlbəttə ki, bizi çox ağır matç gözləyir. “Qarabağ” haqqında əlavə şərhə ehtiyac yoxdur. Maksimum meydanda gücümüzü qoyacağıq ki, uğurlu nəticə qazanaq.

Bahar Rüstəm

Leave a Reply