Meunierin gedişindən sonra dərhal Trabzonspora sürpriz

Bakı, 18 iyul, Sporaz.tv

TrabzonsporThomas Meunier ilə müqaviləni birtərəfli qaydada ləğv etdikdən sonra dərhal yeni sağ cinah müdafiəçisi axtarışlarına başlayıb. Bordo-mavili komandada gündəmə gələn ilk ad “Boavista”da çıxış edən Pedro Malheiro olub.

Sporaz.tv məlumat verir ki, transfer çalışmalarını davam etdirən Trabzonsporda Thomas Meuniernin gedişindən sonra gündəmə sürpriz bir ad gəldi.

“Trabzonspor” Thomas Meunier ilə müqaviləni birtərəfli qaydada ləğv etdikdən sonra “Boavista”da çıxış edən Pedro Malheironu seçib.

Bordo-mavililər 23 yaşlı futbolçunun transferi üçün “Boavista” ilə anlaşıb. Bildirilib ki, futbolçu ilə danışıqlar müsbət nəticələnib və hazırda transferin yekun detalları müzakirə olunur.