Metehan Baltacı, Avropa Liqasındakı hədəflərini açıqlayıb

Bakı, 3 oktyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın gənc müdafiəçisi Metehan Baltacı, UEFA Avropa Liqasında RFS matçı öncəsi açıqlamalar verib. Baltacı, “3 xalı alıb ölkəmizə qayıtmaq istəyirik”-dedi.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın 21 yaşlı müdafiəçisi Metehan Baltacı RFS ilə səfər matçı öncəsi “TRT Spor”a açıqlama verib.

Hədəflərinin 3 xal olduğunu bildirən Metehan Baltacı: “Hava soyuqdur, amma gözəl zəmin var. Məqsədimiz olan avrokuboklara doğru addım-addım irəliləyirik. 3 xalı alıb ölkəmizə qayıtmaq istəyirik. “-deyə bildirib.

UEFA Avropa Liqasındakı hədəfləri haqqında danışan Baltac: “Uzun bir marafondur, amma ilk püşkatmalardan sonra o gün özümüzə dedik və məşqçimiz bunu hər Avropa matçından əvvəl deyir; məqsədimiz 1-ci yerə çıxmaqdır” dedi. Bilbao. Çox yaxşı heyətimiz var. Ümid edirəm ki, məqsədimizə çata bilərik.”- dedi.