Mesut Özilin Arda Gülər ​​haqda dedikləri yenidən gündəmə gəlib

Bakı,21 may,Sporaz.tv

Real Madrid” forması altında möcüzələr yaradan Arda Gülər ​​İspaniyada hər zaman manşetlərə çevrilir. Mesut Özilin Arda Gülərlə “Fenerbahçe“da oynadığı zaman dedikləri ölkədə yenidən gündəm oldu.

Sporaz.tv xəbər verir ki, “Real Madrid” ilə La Liqada qol sayını 6-ya yüksəldən Arda Gülər ​​İspaniyada ən çox danışılan futbolçular sırasındadır. Məsut Özilin milli futbolçu ilə bağlı keçmişdə dediyi cümlələri manşetinə çıxıb.

Mesut Özilin 2 il əvvəl Arda Gülərin istedadı haqqında dediyi sözlər manşet olub. Mesut Özil 2021-2022 mövsümündə “Alanya” ilə səfər oyununda həm qol vuran, həm də assistentlik edən Arda Gülər ​​üçün səfər oyunundan qayıdan kimi tərif dolu ifadələr işlədib.

Komandanı daşıyan təyyarədə açıqlama verən Mesut Özil: “Keyfiyyət, super qol və super assist. İnşallah bu belə davam edər. Qollar, məhsuldar ötürmələr… O, dünya ulduzu olacaq”. Özilin açıqlamaları İspaniya mətbuatında yenidən gündəmə gətirilib və böyük diqqət çəkib.

Bahar Rüstəm