Bakı,21 may,Sporaz.tv
“Real Madrid” forması altında möcüzələr yaradan Arda Gülər İspaniyada hər zaman manşetlərə çevrilir. Mesut Özilin Arda Gülərlə “Fenerbahçe“da oynadığı zaman dedikləri ölkədə yenidən gündəm oldu.
Sporaz.tv xəbər verir ki, “Real Madrid” ilə La Liqada qol sayını 6-ya yüksəldən Arda Gülər İspaniyada ən çox danışılan futbolçular sırasındadır. Məsut Özilin milli futbolçu ilə bağlı keçmişdə dediyi cümlələri manşetinə çıxıb.
Mesut Özilin 2 il əvvəl Arda Gülərin istedadı haqqında dediyi sözlər manşet olub. Mesut Özil 2021-2022 mövsümündə “Alanya” ilə səfər oyununda həm qol vuran, həm də assistentlik edən Arda Gülər üçün səfər oyunundan qayıdan kimi tərif dolu ifadələr işlədib.
Komandanı daşıyan təyyarədə açıqlama verən Mesut Özil: “Keyfiyyət, super qol və super assist. İnşallah bu belə davam edər. Qollar, məhsuldar ötürmələr… O, dünya ulduzu olacaq”. Özilin açıqlamaları İspaniya mətbuatında yenidən gündəmə gətirilib və böyük diqqət çəkib.
Bahar Rüstəm