Messini əsəbiləşdirən yeni qayda: O, kameraya çevrilib və üsyan etdi

Bakı,13 may,Sporaz.tv

İnter Mayami“nin “Monreal“ı məğlub etdiyi matçda “MLS“də tətbiq edilən yeni qayda Lionel Messini çox qəzəbləndirib. Argentinalı ulduz matç zamanı kameralara tuş gələrək üsyan edib.

Sporaz.tv xəbər verir ki,  Lionel Messi “Monreal”ı 3-2 hesabı ilə məğlub edən İnter Mayamidə zədələndikdən sonra kənara çıxıb. MLS-də tətbiq edilən 2 dəqiqəlik qaydaya görə dərhal oyuna qatıla bilməyən Messi baş verənlərə reaksiya verib.

Qarşılaşmanın 43-cü dəqiqəsində aldığı zədə səbəbindən meydançadan kənarda müalicə alan Lionel Messi “MLS”də tətbiq edilən yeni qaydaya görə dərhal oyuna daxil ola bilməyib. Müalicəsi meydandan kənarda edilən futbolçuların yeni qaydaya görə 2 dəqiqə oyunda iştirak edə bilməməsinə reaksiya verən argentinalı ulduz kamera qarşısına keçərək reaksiya verib. Messinin kameraya baxaraq çıxışında “Bu cür qayda ilə pis vəziyyətdəyik” dediyi iddia edilib.

Messinin qaydaya reaksiya verdiyi anları təqdim edirik:

Bahar Rüstəm