Messi varsa, 1 nömrə hər zaman odur

Bakı, 15 may,Sporaz.tv

Futbol tarixinin ən durdurula bilməyən,gözə ən xoş gələn ən təhlükəli hücümçulardan biri ilə tanış edək sizi.

Hekayə 2015/2016-cı il sezounu La Liganın 6-cı həftəsində başladı. Əvvəlki sezon Messi 57 matçda 58 qol atmışdı. Və təbii ki, gözlər yenə onun üzərində idi. Ta ki, Las Palmas matçının 9-cu dəqiqəsinə qədər. Bartranın uzun ötürməsində cərimə meydançasına daxil olan Messi, topa vurmaq istəyərkən Las Palmasın mərkəz müdafiəçisi Pedro Bigas ilə toqquşdu. Titrəyən sol dizini tutaraq ağrı içində yerə yıxıldı. 2 ay forma geyinməmək üzərə oyundan çıxdı. Artıq Barcelona hücumunun ağır bir yükü vardı.

Tango açarı bağlandı, Sambo açıldı. İspanyada 3 ilini keçirmiş, saçlarını tamamilə kəsdirmiş full futbol fikirli bir Neymarın sırası gəlmişdi. Dünyanın ən yaxşı komandasında, ən yaxşı oyunçu o ola bilərdi. Messisiz bir matçda Sevillaya 1 qol atdı. Sonrakı həftə Rayo Vollecanoya qarşı karyerasının bəlkə də ən yaxşı oyununu oynadı:4 qol, 1 asisst. Hər saniyəsi həzz ilə dolu bir Neymar var idi artıq.

Eibara qarşı 2 asist, Getafeye 1, Villareala 2 qol atan Neymar durmur, durdurula bilmir. Çempionlar liqasında Bate Borisova qarşı 2 qol, 3 asist yazdırdı.

Sıra Messinin komadaya döndüyü Real Madrid matçına gəldi. Rəqibin Ronaldo,Benzema və Bale üçlüsü meydandaydı. Barcelona hücumunda isə Neymar və Suarezin yanından Sergi Roberto vardı bu dəfə. Santiago Bernabeu yenə bir Neymar şousu izlədi. 1 qol, 1 məhsuldar ötürmə ilə oynayıb, oyunun 4-0 bitməsinə aparıcılıq etdi.

Neymar Messinin olmadığı 2 aylıq dönəmi 8 matçda 11 qol, 9 asistle keçirdi. Bu müddətdə Neymar kimi Suarez də ağılalmaz oyununu 12 qolla bəzədi.Ancaq, Katalanların yazısız bir qanunu vardı. Messi varsa, 1 nömrə hər zaman Messidir.

Zədəsini geridə qoyan Argentinalı sezonun qalanında hücumun beyni rolunu yenidən üzərinə aldı. Liqa və Çempionlar Liqasında 33 matça çıxıb 29 qol, 15 asistlə oynadı. Messinin olmadığı 2 aylıq müddətdəki 8 matça 20 xalı yazdıran Neymar isə yenə də arxa planda qaldı. Yuxu kimi statistikalarından uzaqlaşdı. Meydandan kənar hadisələr, ayrılıq qeybətləri medyada danışılırdı. Qalan 28 Liq və Çempionlar Liqası matçında sadəcə 13 qol ata bildi.

1 sezon da qalıb Parisə getmə qərarını bəlkə də,o arxa planda qalan günlərində verdi. Sonrakı il Messi və Neymarın artıq bir arada olmayacaq qədər basqın vəziyyətə gəldikləri müzakirələri Marca və AS qazetlərinin səhifələrini bəzəyirdi. Sonrakı sezon Messi 54,Neymar isə 20 qol qeyd etdi.

Romariodan,Rivaldodan,Ronaldinhodan sonra Barcelonanın bir Braziliyalı ilə 1 nömrəli ulduzu olmaq ən çox Neymara yaraşırdı.Həmdə, 2 aylıq, dadı damaqda qalan, saçı 3 nömrə, heç bir müdafiəçiyə acımayan, rəqs edirmiş kimi qol atan Neymara.

Bahar Rüstəm