Bakı, 15 oktyabr, Sporaz.tv
Məşhur idman geyim markası ilə əməkdaşlıq edən Lionel Messi, dünyanın hər yerindən seçdiyi 10 gənc futbolçunu yeni buts seriyası geyinmək üçün açıqladı.
Sporaz.tv məlumat verir ki, karyerasını “İnter Miami“-də davam etdirən Lionel Messi, məşhur idman geyim markası ilə xüsusi layihəyə başlayıb. Argentinalı ulduz, yeni seriyalı buts geyinmək üçün dünyanın müxtəlif yerlərindən 10 gənc futbolçu seçib.
Siyahıya Eliesse Ben Seghir, Lamine Yamal, Claudio Echeverri, Jaedyn Shaw, Antonio Nusa, Joel Ndala, Linda Caicedo, Vicky Lopez, Cavan Sullivan ve Assan Ouedraogo daxil edilib.