Messi futboldan nə vaxt gedəcəyini açıqlayıb

Bakı, 20 aprel, Sporaz.tv

Argentina millisinin və “İnter Miami” klubunun ulduz futbolçusu kariyerasını nə vaxt başa vuracağı ilə bağlı açıqlama verib.

Messi: “Performans göstərə bilməyəcəyim, oyundan zövq ala bilməyəcəyim və ya komanda yoldaşlarıma töhfə verə bilmədiyimin fərqinə varanda kariyeramı başa vuracağam. Təqaüdə çıxmaq üçün neçə yaşında olmağımın bir önəmi yoxdur. Özümü yaxşı hiss etdiyim müddətdə oynamağa davam edəcəyəm” deyə bildirib.

Ulduz futbolçu fikrini bu sözlərlə tamamlayıb: “2022 Dünya Kubokunda işlər bu şəkildə davam etməsə idi, milli komandada təqaüdə çıxa bilərdim. Çünki kariyeramda başqa bir dəyişikliyə hazırlaşırdım”.

Dinarə Ağayeva