Bakı, 13 noyabr, Sporaz.tv
İnter Miami (İnter Mayami)-nin hücumçusu Lionel Messi 2025-ci ildə klubla müqaviləsi başa çatana qədər Amerika komandasını tərk etmək niyyətində deyil.
Sporaz.tv xəbər verir ki, futbolçunun ABŞ-da ailəsi ilə birlikdə rahat yaşadığı bildirilir. Bu səbəbdən də hələlik Miami klubundan ayrılmaq niyyətində deyil. Argentinalı futbolçunun sözləşməsi bitəndən sonra “Barcelona”ya qayıdacağı ehtimal edilir.
Xatırladaq ki, 37 yaşlı hücumçu 15 iyul 2023-cü ildən İnter Miami (İnter Mayami)-nin formasını tərlədir. Ulduz futbolçu, bu müddət ərzində Amerika klubunun heyətində bütün yarışlarda 39 görüşdə 34 qol vurub və 18 məhsuldar ötürmə edib.