Mertens rekordunu təkrarlamağa hazırlaşır

Bakı,23 may,Sporaz.tv

“Galatasaray”(Qalatasaray)ın futbolçusu Dries Mertens bu mövsüm göstərdiyi futbolla diqqət çəkir. Belçikalı oyunçu Konyada səfərdə oynasa; O, bir mövsümdə ən çox oyun keçirmə rekordunu təkrarlayacaq.

Sporaz.tv məlumat verir ki,Galatasaray“(Qalatasaray)da Dries Mertens performansı ilə seçilir. Belçikalı futbolçu bu mövsüm sarı-qırmızılıların çempionluq mübarizəsinə ciddi töhfə verib.

Dries Mertens “Galatasaray”(Qalatasaray)ın bütün yarışlarda keçirdiyi 55 matçın 50-də iştirak edib. Təcrübəli futbolçu bu ardıcıllıqla komandanın ən çox oynayan dördüncü oyunçusu oldu. Bu müddətdə 12 dəfə fərqlənən Mertens 15 dəfə məhsuldar ötürmə ilə 27 qola birbaşa töhfə verib.

Dries Mertens “Tümosan Konyaspor“a qarşı oynasa, bu mövsüm 51-ci matçına çıxacaq. Beləliklə, belçikalı futbolçu karyerasında bir mövsümdə ən çox oyuna çıxmaq rekordunu təkrarlayacaq.

Mertens daha əvvəl 2014-2015 mövsümündə “Napoli“nin heyətində 51 matçda iştirak edib.

Bu arada bütün diqqətini çempionluğa yönəldən “Galatasaray”(Qalatasaray) rəhbərliyi Tümosan Konyaspor matçından sonra Mertensin müqaviləsini 1 il müddətinə yeniləməyi planlaşdırır.