Mertens öz ifası ilə heyran qoyur

Bakı, 7 may, Sporaz.tv

“Galatasaray”(Qalatasaray)da Dries Mertens performansı ilə heyran qalır. Bütün yarışlarda 11 qol və 14 məhsuldar ötürmə ilə çıxış edən belçikalı futbolçu son 5 mövsümün ən uğurlu dövrünü yaşayır.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”(Qalatasaray) 24-cü çempionluğunu qazanmaq üçün mübarizəsini davam etdirir.

96 xalla liderlikdə olan sarı-qırmızılı komandada bu mövsüm bir çox futbolçu hücumdakı töhfələri ilə diqqət çəkir.

“Galatasaray”(Qalatasaray)da xüsusilə Dries Mertens uğurlu oyunu ilə seçilirdi. Sarı-qırmızılılar bu mövsüm bütün yarışlarda 53 rəsmi matçda mübarizə aparıb.

Belçikalı futbolçu bu matçların 48-də meydana çıxıb və komandanın ən ardıcıl oyunçularından birinə çevrilib.

Dries Mertens liqanın son mərhələsinə daxil olarkən öz təcrübəsini meydanda əks etdirməyi bacardı.

Karyerasının son 5 mövsümündə ən çox qol vuran Belçikalı futbolçu; O, 11 dəfə tora vurub, 14 qol ötürməsi edib.

Mertens oynadığı son 7 liqa matçında 4 qol vurub və 8 məhsuldar ötürmə edib. 37 yaşlı futbolçu karyerasında ilk dəfə ardıcıl 7 matçda hesaba töhfə verib.

“Galatasaray”(Qalatasaray)la müqaviləsi mövsümün sonunda başa çatacaq Mertensin komandada qalmaqda maraqlı olduğu öyrənilib.

Sarı-qırmızılı rəhbərlik illik təxminən 3 milyon avro qazanan təcrübəli futbolçunun maaşını azaltmasını gözləyir.

Vüqar Alışov