Bakı, 16 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın futbolçusu Dries Mertens, 100-cü matçını keçirmək üçün günləri sayır. Sarı-qırmızılı formada 97 matça çıxan belçikalı futbolçu, daha 3 matçda iştirak edəcəyi təqdirdə “dalya” deyəcəyini bildirib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-da Dries Mertens sabitliyi ilə diqqət çəkir.
Belçikalı futbolçu, Barış Alper Yılmazla birlikdə indiyədək komandada ən çox dəqiqə çəkən futbolçu olub.
Mertens bu mövsüm, “Galatasaray”-ın keçirdiyi 13 rəsmi oyunun hamısında iştirak edib. Təcrübəli oyunçu bu prosesdə 4 qol vurmaqla yanaşı, bir məhsuldar ötürmə də edib.
Üçüncü mövsümünü “Galatasaray”-da keçirən Dries Mertens ötən mövsümü 16 qolla assistent kimi tamamlayıb.
37 yaşlı futbolçu yeni uğura imza atmaq üzrədir.