Mert Müldür üçün sürpriz transfer ehtimalı

Bakı, 8 iyul, Sporaz.tv

AVRO-2024-dəki çıxışı ilə diqqət çəkən Mert Müldür italyanların pəncəsindədir. Digər tərəfdən “Fenerbahçe“nin baş məşqçisi Jose Mourinho Mert Müldürlə bağlı qərarını verib.

“Fenerbahçe”nin və millinin uğurlu sağ cinah müdafiəçisi Mert Müldür AVRO-2024-dəki çıxışı ilə diqqət çəkib.

Çempionatdakı forması ilə transfer bazarına sürətli giriş edən Mert Müldürün yenidən İtaliyaya qayıtma ehtimalı var.

Sporaz.tv xəbərinə əsasən, Mert Müldür üçün İtaliya A seriyasından 3 klub meydana çıxıb.

Digər tərəfdən, xəbərdə baş məşqçi Jose Mourinhonun rəhbərliyə təqdim etdiyi hesabatda Mert Müldürün komandada qalmasını istədiyi bildirilib.

“Fenerbahçe” ötən mövsümün əvvəlində “Sassuolo”dan Mert Müldürü 3 milyon avroya transfer etmişdi.

Sarı-göylər 25 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayıb.

2023-24 mövsümündə Fenerbahçe ilə bütün yarışlarda 31 matça çıxan və 1392 dəqiqə meydanda olan Mert Müldür 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.