Bakı, 28 avqust, Sporaz.tv
Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda evdə “Young Boys“(Yanq Boyz)-a 1:0 hesabı ilə uduzmuş “Galatasaray“(Qalatasaray), ümumilikdə 4-2 hesabı ilə Nəhənglər Liqası ilə vidalaşıb. Matçdan sonra “Fenerbahçe”(Fənərbağça)-də çıxış edən Mert Hakan Yandaş və Jayden Oosterwoldedən diqqətçəkən paylaşım gəlib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray” Çempionlar Liqasının pley-off mərhələsində “Young Boys“a məğlub olaraq qrup mərhələsinə vəsiqə qazana bilməyib. Sarı-qırmızılılar Çempionlar Liqası ilə vidalaşdıqdan sonra Mert Hakan Yandaşdan təəccüblü paylaşım gəlib.
Mert Hakan Yandaş paylaşımında: “Hər kəs öz xarakterinə yaraşanı edir, Türk Bayrağına gəlincə, bizdə qansızlıq ola bilməz… Gecəniz xeyrə qalsın, Böyük Fenerbahçe azarkeşi”- deyib.
Jayden Oosterwolde ötən mövsüm “Fenerbahçe“-nin “Galatasaray”-ı məğlub etdiyi matçda qol bayramının fotosunu “Gecəniz xeyrə qalsın” ifadəsi ilə paylaşıb.