Bakı, 12 oktyabr, Sporaz.tv
Zədəsi səbəbindən Türkiyə milli komandasından uzaqlaşdırılan Mert Günok meydana qayıtmağa hazırlaşır.
Sporaz.tv məlumat verir ki, “Beşiktaş“-ın türkiyəli qapıçısı Mert Günok, A Milli Komandaya çağırıldıqdan sonra zədələndiyi üçün heyətdən uzaqlaşdırılıb. Təcrübəli qolkiper zədəsini sağaltdı.
“TRT Spor”un xəbərinə görə, Mert Günokun “Tümosan Konyaspor” matçında oynayacağı gözlənilir.
“Konyaspor“-un heyətində Mert Günokdan başqa zədəli Ersin Destanoğlu da yer alacaq.