“Mersin BB” seriyada 2-0 önə keçdi

Bakı,11 may,Sporaz.tv

Mersin Böyükşeher Bəlediyyesi” Türkiyə Sığorta Türkiyə Basketbol Liqasının play-off yarımfinal mərhələsinin ikinci matçında Qaziantep Basketbolunu 79-77 hesabı ilə məğlub edərək seriyanı 2-0 etdi.

Sporaz.tv xəbər verir ki, Edip Buran İdman Salonunda oynanan qarşılaşmanın ilk periodunu ev sahibi Mersin komandası 19-14 qabaqda tamamlayarkən, qonaq komanda Gaziantep Basketbol komandası yarıya 37-36 öndə keçdi.

Qarşılıqlı xallarla dolu olan üçüncü dövrə 58-58 hesablı bərabərliklə yekunlaşıb. Son dövrdə azarkeşlərin dəstəyini alan “Mersin Böyükşeher Belediyyesi” rəqibini 79-77 hesabı ilə məğlub edərək seriyanı 2-0 edib.

Üç qələbə qazanan komandanın növbəti mərhələyə yüksələcəyi yarımfinal seriyasının üçüncü matçı 15 May Çərşənbə günü saat 19.00-da Karataş Şahinbey İdman Salonunda oynanılacaq.

Vüqar ALIŞOV