Merih Demiral üçün tələb olunan cəza bəlli oldu

Bakı, 5 iyul, Sporaz.tv

UEFA Avstriya ilə oyunda qolu vurduqdan sonra boz qurd işarəsi qoyan Merih Demirala qarşı intizam araşdırması başlatdı. Bildirilib ki, türkiyəli futbolçu üçün 2 oyunluq cəza istəyib.

AVRO-2024-ün son 16 turunda Avstriyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə Komandasının qolları Merih Demiraldan gəlib. Demiral qolu vurduqdan sonra boz qurd işarəsi verəndə böyük təsir bağışladı. UEFA tərəfindən intizam araşdırmasına başlanılan əmələ görə tələb olunan cəza da açıqlanıb.

Sporaz.tv xəbər verir ki, UEFA Merih Demiralın sənədi üçün isveçrəli müfəttiş təyin edib. Bildirilib ki, müfəttiş Merih Demiral üçün 2 oyunluq cəza istəyib.

TFF-dən edilən şərhdə, “Merih Dəmirala UEFA tərəfindən 2 oyunluq cəza verildi” kimi yayımlanan xəbərlər həqiqəti əks etdirmir. Müdafiə etmək üçün sabah səhərə qədər vaxtımız var.”- deyə bildirib.