Merih Demiral transfer qərarını verib

Bakı, 23 avqust, Sporaz.tv

Al-Ahli”də çıxış edən Merih Demiralın adı AVRO-2024-dəki çıxışından sonra bəzi Avropa komandalarında hallanırdı. Milli futbolçunun transferi ilə bağlı son qərarı onun verdiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, Performansı və boz qurd işarəsinə görə aldığı cəza ilə AVRO-2024-də iz qoyan Merih Demiral Səudiyyə Ərəbistanında qalıb.

Merih Demiral AVRO-2024-dən sonra Avropadan gələn təklifləri rədd edərək, “Al Ahli”də qalmağa qərar verib.

Merih Demiral “Al Ahli” forması ilə karyerasında 22 oyun keçirib. 26 yaşlı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm