Menemen FK-da Yılmaz Vural tapmacası

Bakı,10 iyun, Sporaz.tv

TFF 2-ci Liqa komandalarından olan Menemen Futbol Klubu baş məşqçi Yılmaz Vuralını gözləyir. Ötən mövsüm komandası ilə pley-offa vəsiqə qazanmağı bacaran təcrübəli çalışdırıcının yeni mövsüm öncəsi dəqiq qərar vermədiyi bildirilir.

Sporaz.tv məlumat verir ki,2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatı üçün bu ölkəyə gedən Vuraldan xəbər gözləyən heyətin bir an əvvəl razılığa gəlmək istədiyi bildirilib.

Gecikmək istəməyən Menemen FK-nın Yılmaz Vuralın mənfi cavabına qarşı B planı hazırladığı və alternativ adlarını siyahılarında saxladığı açıqlanıb.