Memphis Depayın “Corinthians”-dakı ilk oyununda rekord qırılıb

Bakı, 22 sentyabr, Sporaz.tv

Corinthians“-la anlaşaraq sürpriz transfer edən hollandiyalı ulduz futbolçu Memphis Depay, yeni komandasında ilk matçına çıxıb. “Corinthians”-ın, “Atletico Goianiense”-ni 3:0 hesabı ilə məğlub etdiyi matçda da tamaşaçı rekordu qırılıb.

Sporaz.tv məlumat verir ki, Braziliya A Seriyasının 27-ci həftəsində “Corinthians” “Atletiko Goianiense”ni qəbul edib. “Corintians”ın flaş transferi Memhis Depayın ilk dəfə yeni komandasının formasını geyindiyi matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Neo Quimica Arenada keçirilən matçda “Corintians”a qələbə qazandıran qolları 45+5 və 55-ci dəqiqələrdə Anxel Romero, 83-cü dəqiqədə isə Rodriqo Qarro vurub.

Qarşılaşmaya əvəzedici heyətlə başlayan Depay, 67-ci dəqiqədə Yuri da Silvanın yerinə oyuna daxil olub.

Bu arada hollandiyalı ulduzun ilk dəfə “Corinthians”-da çıxış etdiyi matçda tamaşaçı rekordu qırılıb. 46 min 1 nəfərin izlədiyi qarşılaşma, 2024-cü ildə Neo Quimica Arenada “Corinthians” üçün ən çox tamaşaçı toplayan matç olub.

Leave a Reply