Memfis Depayın yeni komandası bəlli olub

Bakı, 10 sentyabr, Sporaz.tv

Braziliya Liqası komandalarından biri olan Corinthians (Korintians), Memphis Depayı heyətinə qatdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Atletico Madrid“lə müqaviləsi başa çatdıqdan sonra transfer haqqını alan Memphis Depay Corinthians (Korintians)-a transfer olunub.

Braziliya komandasının verdiyi açıqlamada Depay ilə 31 dekabr 2026-cı ilə qədər qüvvədə olan müqavilə imzalandığı açıqlanıb.

PSV-də yetişən futbolçu, Manchester United (Mançester Yunayted), “Lyon”, “Barcelona” və “Atletico Madrid” klublarında çıxış edib. Hollandiyalı mərkəz hücumçusu, ötən mövsüm “Atletico”nun heyətində 31 matçda iştirak edib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Leave a Reply