Meler AVRO-2024-də xidmət göstərəcək

Bakı, 15 iyun, Sporaz.tv

FİFA lisenziyalı türkiyəli hakim Halil Umut Meler, 2024-cü il futbol üzrə Avropa çempionatının (AVRO 2024) E qrupunda BelçikaSlovakiya matçında fit çalacaq.

Sporaz.tv xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki eyniadlı stadionda 17 iyun GMT ilə saat 19:00-da oynanılacaq qarşılaşmada Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy, matçın dördüncü hakimi isə Hollandiya Futbol Federasiyasından Serdar Gözübüyük olacaq.

Qarşılaşmada Alman Bastian Dankert VAR, Alper Ulusoy və Alman Marko Fritz isə AVAR funksiyasını yerinə yetirəcək.