Mehmet Topalın məşqçi olmaq yolunda ilk addımı

Bakı,10 iyun,Sporaz.tv

Mehmet Topalın Rumıniya macərası başlayıb. Topal ilk məşqçilik karyerasına Rumıniyanın Petrolul Ploieşti komandasında başlayır.

Sporaz.tv məlumat verir ki,100 illik yubileyini qeyd edən Rumıniyanın Petrolul Ploieşti komandası Mehmet Topalı baş məşqçi təyin edib. Mehmet Topal hava limanında böyük maraqla qarşılanıb.

Gənc çalışdırıcı ilk açıqlamasını hava limanında verib və köklü klubun uğurları üçün əlindən gələni edəcəyini bildirib. Topal, “Ürəyimizin səsini dinlədik və doğru bildiyimizi etdik” dedi.

Mehmet Topal Rumıniya futbolunun əfsanəvi adı Gheorghe Hagi ilə bağlı suala “Onu sevirik və hörmət edirik. O, həqiqətən də böyük xarakter və böyük futbolçudur. Əfsanədir” deyə cavab verib.

Mehmet Topal üçün rəsmi imzalanma mərasimi tərəflərlə birlikdə komandanın stadionunda keçiriləcək.

Komandasının yeni baş məşqçisi Petrolul Ploieşti azarkeşlər üçün açıq olan ilk məşqini keçirəcək.

Sarı-göylər klubu ötən mövsümü aşağı liqaya düşmə qrupunda 5-ci yerdə başa vurmuşdu.