Mehmet Sepil “Göztepe”nin fəxri prezidenti oldu

Bakı,11 may,Sporaz.tv

Gələn mövsüm Super Liqada mübarizə aparacaq “Göztepe“nin sabiq klub prezidenti Mehmet Sepilə “fəxri prezident” adı verilib.

 Sporaz.tv məlumat verir ki, 2 mövsüm Trendyol 1-ci Liqasında mübarizə apardıqdan sonra Super Liqaya qayıdan Göztepe liqanın 34-cü və ötən həftəki matçında Gürsel Aksel Stadionunda “Bodrum FK”-nı qəbul edib. Qarşılaşmadan əvvəl “Göztepe” klubunun prezidenti Rasmus Ankersenin iştirakı ilə keçmiş klub prezidenti Mehmet Sepilə fəxri prezident adının verilməsi mərasimi keçirilib.

Ankersen Sepilə üzərində Mehmet Sepilin adı və üzərində “fəxri prezident” yazılmış “Göztepe” formasını hədiyyə edib. Daha sonra Ankersen və Sepil fanatları salamlayıblar

Qardaşından kədərli xəbər alan N’koulou komandasını tək qoymayıb

Göztepe tribunalarının simvoluna çevrilən “med cezir” mahnısını ifa edən Levent Yükselin videomüraciəti yayılıb. Ankaradakı konserti ilə əlaqədar İzmirə gələ bilməyən Levent Yüksel pərəstişkarlarına klubun təsis ildönümündə, 14 iyunda bir yerdə olacaqlarını bildirib.

O, meydançaya “Göztepe”yə Super Liqada uğurlar arzulayırıq. yazılan pankartla meydana çıxan “Bodrum FK”lı futbolçular “sarı-qırmızılı” futbolçuları alqışlayıb. Göztəpə futbolçuları növbəti mövsümdə geyinəcəkləri formalardan biri ilə meydançaya çıxıblar.

Qarşılaşmanı Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi də izləyir.

Göztepe Klubunun fəxri prezidenti Mehmet Sepil jurnalistlərə verdiyi açıqlamada bunun həyatının ən xoşbəxt anlarından biri olduğunu ifadə edərək, “Başqa deyəcək bir şey yoxdur. Göztepenin fəxri prezidenti olmaq böyük bir arzudur və buna nail olub. Ümid edirəm ki, birlikdə daha yaxşı günlər görəcəyik.” dedi.

Superliqaya yüksəlmələrini dəyərləndirən Sepil, “Çox böyük zəhmət var, amma bu dəfə güclü gəldik. Keçən illərin təcrübəsi və klubun yeni quruluşu ilə Super Liqaya qayıtdıq. Məşhur bir futbolçum vardı. Yuxularımızı bilsəydin, gecələr yata bilməzdin” dedi.

Bahar Rüstəm