Mbappedən futbol dünyasını şoka salan Messi paylaşımı

Bakı, 29 avqust, Sporaz.tv

Real Madrid“-in ulduzu Kylian Mbappenin X hesabı hakerlər tərəfindən ələ keçirilib. Fransalı futbolçunun hesabında Lionel Messi ilə bağlı diqqətçəkən paylaşım edilib.

Sporaz.tv məlumat verir ki, “Real Madrid”in yeni transferi Kylian Mbappenin X hesabı haker hücumuna məruz qalıb. Ulduz futbolçunun ələ keçirilən hesabından gözlənilməz paylaşımlar edilib.

Hakerlər tərəfindən bappenin hesabında, Lionel Messinin ağlayan fotosundan istifadə edilərək, “Christiano Ronaldo bütün zamanların ən yaxşı futbolçusudur. Bu cırtdan mənim üçün GOAT  deyil” -ifadələri yer alıb.

İnsanları kriptovalyuta almağa dəvət edən yazıların ardınca Kylian Mbappe tez bir zamanda hesabını bərpa edib və paylaşımları silib.

Mbappenin oğurlanmış hesabındakı həmin paylaşım: