Mbappe zorlama xəbərləri ilə üz-üzə

Bakı, 15 oktyabr, Sporaz.tv

Mbappe İsveçdəki zorlama xəbərindən sonra saxta xəbərlərin qurbanı olduğunu söylədi.


Sporaz.tv xəbər verir ki, “Real Madrid”-in ulduzu Kylian Mbappenin Stokholma səfərindən sonra zorlama iddiası qaldırılıb. İşlə bağlı istintaqa başlanıldığına dair xəbərlərdən sonra Mbappenin ətrafı bazar ertəsi “böhtan şayiəsini” pisləyib və qanuni tədbir görəcəyi ilə hədələyib.

Kylian Mbappe bazar ertəsi İsveç qəzetinin “Real Madrid” ulduzunun ətrafının Stokholma səfərindən sonra zorlama faktı ilə bağlı istintaq açıldığını yazdıqdan sonra “saxta xəbərlərin” qurbanı olduğunu söyləyib.

Mbappe “X” platformasında bu xəbərləri yalanlayıb.

25 yaşlı futbolçunun yaxın ətrafı bu xəbəri “böhtan şayiə” kimi qiymətləndirib və qanuni addım atmaqla hədələyib.