“Mavericks” seriyada 1-0 önə keçdi

Bakı, 23 may, Sporaz.tv

Qərb Konfransı finalının ilk oyununda “MavericksTimbervolves” üzərində 3 xal fərqi ilə qalib gəlib.

Sporaz.tv xəbər verir ki,  Amerika Basketbol Liqasının (NBA) Qərb Konfransının finalında Dallas Mavericks səfərdə Minnesota Timbervolves komandasını 108-105 hesabı ilə məğlub edərək seriyada 1-0 önə keçib. Maveriksin heyətində Luka Donçiç 33, Kayri İrvinq isə 30 xal toplayıb.

Luka Donçiç 33, Kayri İrvinq isə 30 xal toplamaqla Maveriksin qələbəsində mühüm rol oynayıb.

Jaden McDaniels-in 24 xallıq performansı Timbervolves-in qələbə qazanması üçün kifayət etmədi.

Vüqar ALIŞOV