Bakı, 8 noyabr, Sporaz.tv
“Tottenham” matçında çarpaz bağları yırtılan “Galatasaray“(Qalatasaray)-ın argentinalı ulduzu Mauro İcardi, sosial media hesabından zədəsi ilə bağlı açıqlama verib.
Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının 4-cü həftəsində “Tottenham”-la matçda zədələnən “Galatasaray”-ın futbolçusu Mauro İcardinin sağ dizinin ön çarpaz bağında qopma və menisküsünün zədələnməsi diaqnozu qoyulub.
Mövsümə yekun vuran İcardi zədəsi ilə bağlı sosial media hesabından bu açıqlamanı verib.
“Bir neçə ay meydandan uzaq olacam, amma üzümdə təbəssümlə qayıdacağam, çox çalışaraq, daha yaxşı çalışacağam. Komanda yoldaşlarıma və bütün Galatasaray ailəsinə uğurlarla dolu bir mövsüm arzulayıram. Əməyi keçən hər kəsə təşəkkür edirəm. Mənə qayğı göstərib və bu anlarda yanımda oldu, tezliklə qayıdacağam.”