Bakı, 3 iyun, Sporaz.tv
“Galatasaray“ın ulduzu Mauro Icardi gələcəyi ilə bağlı qərar verib. ABŞ-dan təklif alan İcardi onunla maraqlanan klubları rədd edib.
Sporaz.tv xəbər verir ki, “Galatasaray”la ardıcıl ikinci dəfə liqa çempionluğunu qazanan Mauro Icardi 2023-24 mövsümünün bombardiri olub.
Mövsümün əvvəlində aldığı astronomik təkliflərə baxmayaraq transfer əvəzi ilə “Galatasaray”a gedən Mauro Icardi Səudiyyə Ərəbistanından illik 40 milyon avronu rədd edib.
Bir müddət əvvəl ABŞ-dan təklif alan Mauro İcardi onunla maraqlanan klublara da mənfi cavab verib.
Karyerasını “Galatasaray”da davam etdirmək istəyən İcardi çempionat şənliyində verdiyi açıqlamada bu ifadələrdən istifadə edib:
“Milyonlarla avro dəyərində təkliflər olub. Mən bura pul üçün gəlməmişəm, çempionluq üçün gəlmişəm. Gələn il burada olacam və 5-ci ulduz üçün çalışacağam”.İstanbulda uşaqlarının məktəb qeydiyyatını yenilədikdən sonra tətilə gedən İcardi-Vanda Nara cütlüyü ilk mövsümündə iqamətgahda yaşadıqdan sonra Göktürk yaxınlığındakı villaya köçüb.Mauro İcardinin “Gatasaray”la daha 2 illik müqaviləsi var və burada illik 10 milyon avro qazanır.
Bahar Rüstəm