Bakı, 1 noyabr, Sporaz.tv
“River Plate”(River Pleyt)-in “Galatasaray“(Qalatasaray)-ın hücumçusu Mauro İcardi ilə maraqlandığı, lakin bu transferin Argentina klubunun maliyyə imkanlarından kənarda qalacağı iddia edilib. Argentina mətbuatında İcardinin ölkəsinə qayıtma ehtimalının kiçik olduğu bildirilib və bu ehtimalın təfərrüatlarına yer verilib.
Sporaz.tv məlumat verir ki, “River Plate”-in “Galatasaray”-ın ulduz futbolçusu Mauro İcardi ilə maraqlandığı iddiası Argentinada səs-küy yaratmağa davam edir.
ESPN-ə danışan keçmiş argentinalı futbolçu Diego Latorre, İkardinin “River Plate”-ə transfer oluna biləcəyini iddia edib.
Latorrenin iddiasına cavab Argentinanın başqa bir media orqanından gəlib.
Mauro İCardinin “River”-ə transferi demək olar ki, mümkün deyil. Argentinalı ulduzun “Galatasaray”-da aldığı illik maaşı “River Plate”-in qarşılamasının çox çətin olduğu bildirilərkən, futbolçunun sarı-qırmızılılarla daha 1,5 illik müqaviləsi olduğu da xatırladılıb.
Xəbərdə, 31 yaşlı futbolçunun Argentinaya qayıtmasının ancaq ailəsinin qərarı ilə ola biləcəyi qeyd olunub. İcardinin həyat yoldaşı Wanda Naranın Argentinada işləməyə davam etməyi düşündüyü və bunun ulduz futbolçunun ölkəsinə qayıtmasına təsir edə biləcəyi iddia edilib.
Bu mövsüm “Galatasaray”-ın heyətində 13 rəsmi oyuna çıxan Mauro İcardi 6 qol vurub, 2 məhsuldar ötürmə edib.