Bakı, 4 sentyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-da zədəsi səbəbindən bir müddət meydanlardan uzaq qalacaq Mauro İcardi, diqqətçəkən paylaşım edib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın “Adana Demirspor”-la matçında zədələnən və matçı davam etdirə bilməyən Mauro İcardidən trend post gəlib.
Mauro İcardi öz paylaşımında belə deyib: “Aslan səssizcə dominantlıq edərkən, itlər diqqəti cəlb etmək üçün hürər”. İcardinin bu paylaşımı qısa müddət ərzində “Galatasaray” azarkeşlərindən minlərlə qarşılıqlı reaksiya alıb.