Mauro İcardi üçün transfer iddiası

Bakı, 13 sentyabr, Sporaz.tv

Braziliyanın “Flamengo” komandasının, “Galatasaray“(Qalatasaray)-ın hücumçusu Mauro İcardini heyətinə qatmaq istədiyi və bu transfer üçün 2025-ci ilin yanvarında hərəkətə keçəcəyi iddia edilib.

“Flamengo”-nun “Galatasaray”-ın argentinalı ulduzu Mauro İcardi ilə maraqlandığı iddia edilib.

“Flamengo”, 2025-ci ilin yanvarında İcardi ilə müqavilə imzalamaq istəyir.

Braziliya klubunun, əvvəlcə “Manchester United“(Mançester Yunayted)-lə yollarını ayıran Anthony Martialı gündəmə gətirdiyi, lakin sonradan Mauro İcardinin transferi üçün büdcə ayırmaq üçün fransalı hücumçudan imtina etdiyi bildirilib.

Xəbər təfərrüatında mümkün İkardi transferinin 2025-ci ilin yanvarında reallaşacağı bildirilərkən, argentinalı futbolçunun “Galatasaray”-la müqaviləsinin 2026-cı ildə bitəcəyi də xatırladılıb.

Leave a Reply