Mauro İcardi üçün “Galatasaray”da xüsusi proqram

Bakı, 10 iyul, Sporaz.tv

Galatasaray” yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirir. Düşərgənin ikinci günündə sarı-qırmızılı komandaya gec qoşulan Mauro İcardi xüsusi proqram çərçivəsində çalışıb.

Sporaz.tv məlumat verir ki, Galatasaray Futbol Komandası yeni mövsümün hazırlıqlarını Avstriya düşərgəsində davam etdirib. İyulun 3-də İstanbulda mövsümü açan sarı-qırmızılı komanda hazırlıq üçün Avstriyanın Linz yaxınlığındakı Geinberg qəsəbəsinə gələrək düşərgənin ikinci günündə də məşqlərini davam etdirib.

Məşqin ilk 30 dəqiqəsi baş məşqçi Okan Burukun rəhbərliyi altında mətbuata açıq keçirilib. Təlimin mətbuata açıq hissəsi tarazlıq, çeviklik və dözümlülük məşqlərinə yönəldilib. Mətbuata qapalı olan hissədə tam meydançada yüksək tempin olduğu bildirilib. Bu arada məzuniyyətdə olduğu üçün komandaya gec qoşulan Mauro İcardi xüsusi proqram çərçivəsində çalışıb.

Galatasaray Klubu İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu, Sportif AŞ meneceri Maruf Günəş, Futbol Direktoru Cenk Ergün və köməkçisi Ayhan Akman da işləri izləyib. Hatipoğlu və Günəş məşqdən əvvəl baş məşqçi Okan Burukla bir müddət söhbət ediblər.