Bakı, 8 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray), “Tottenham” matçında zədələnən Mauro İcardinin durumu ilə bağlı açıqlama verib. Açıqlamada: “İcardinin sağ dizinin ön çarpaz bağında qopma və menisk zədələnməsi təsbit edilib.”- deyə bildirilib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın açıqlaması belədir:
“UEFA Avropa Liqasının dördüncü həftəsində “Tottenham”-la matçda zədələnən futbolçumuz Mauro İcardinin sponsor xəstəxanamız Medicana-da aparılan MRT müayinələrində sağ diz ön çarpaz nahiyəsində yırtıq və menisk zədəsi aşkarlanıb. Əməliyyatı planlaşdırılan futbolçumuzun əməliyyat öncəsi reabilitasiyasına start verilib”.- məlumat verirlib.
Argentinalı ulduz, mövsümü başa vurub.