Bakı, 7 oktyabr, Sporaz.tv
“Galatasaray”ın ulduz hücumçusu Mauro İcardi “Alanyaspor” matçından sonra İstanbulu tərk edib. Kanar adalarına istirahətə yollanan İcardi həmin anları sosial media hesabında paylaşıb.
Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın “Alanyaspor”u 1:0 hesabı ilə məğlub etdiyi matça ilk 11-də başlayan Mauro İcardi 81 dəqiqə meydanda qalıb.
Performansı gözlənilənlərin altında olan İkardi 4 günlük tətildən yararlanmaq üçün matçdan sonra İstanbulu tərk edib.
Kanar adalarına tətilə yollanan argentinalı hücumçu həmin anları sosial media hesabında bu kadrlarla paylaşıb:
Bahar Rüstəm