Mauro İcardi kubok mərasiminə qatılmayıb

Bakı, 4 avqust, Sporaz.tv

Superkubokda “Galatasaray“ın “Beşiktaş“a 5:0 hesabı ilə uduzmasından sonra Mauro İcardi təşkil edilən kubok mərasiminə qatılmayıb.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” Superkubokda “Galatasaray”ı 5:0 hesabı ilə məğlub edərək tarixi məğlubiyyətə uğrayıb.

“Sarı-qırmızılar” ən böyük məğlubiyyətini Okan Buruk dönəmində rəsmi matçlarda alıb.

Qarşılaşmadan sonra təşkil edilən mərasimdə Galatasaraylı futbolçular ikinci yerin medallarını aldılar. “Galatasaray”ın argentinalı ulduzu Mauro İcardi mərasimə qatılmayıb.

Bahar Rüstəm