Mauro Icardi “Galatasaray” “Fenerbahçe derbisini buraxacaq?

Bakı, 19 sentyabr, Sporaz.tv

Mauro Icardi İstanbula qayıdıb.

Sporaz.tv xəbər verir ki, Galatasaray (Qalatasaray) Super Liqanın 6-cı həftəsində Fenerbahçe (Fənərbaxça) ilə qarşılaşacağı derbi hazırlıqlarını davam etdirir.

Müalicə üçün Argentinada olan Mauro Icardi İstanbula qayıdıb. Təcrübəli hücumçu sürətlə komanda ilə məşqlərə başlayıb.

Okan Buruk əvvəlki açıqlamasında: “Mauro Icardinin müalicəsi davam edir, hazırda oynaya biləcək vəziyyətdə deyil. Onun oynaması üçün hələ tezdir. Düşünürəm ki, bizə ən azı 1 həftə 10 gün lazımdır. O, Fenerbahçe (Fənərbaxça) matçında qətiyyən olmayacaq.”sözlərini deyib.

Leave a Reply