“Mauro İcardi” ən çox qol vuranlar siyahısındadır

Bakı,6 iyun,Sporaz.tv

Mövsümün bombardiri kimi başa vuran Mauro İcardi statistikası ilə heyran qalıb. Bu mövsüm bütün yarışlarda 32 qol vuran və 11 məhsuldar ötürmə edən argentinalı ulduz Avropada ən çox qol vuran futbolçulardan biri oldu.

Sporaz.tv məlumat verir ki,Mauro İcardi Avropanın bombardiri siyahısında idi. Performansı ilə “Galatasaray”ın çempionluğunda önəmli rol oynayan İcardi də mövsümü bombardiri kimi başa vurub.

Bu mövsüm bütün yarışlarda 32 qol vuran və 11 məhsuldar ötürmə edən argentinalı ulduz Avropada ən çox qol vuran futbolçulardan biri oldu.

Siyahıda dünyaca məşhur ulduz futbolçular da yer alıb. “Real Madrid“ə transfer olunan fransalı ulduz Kylian Mbappe 44 dəfə toru silkələyib, 10 məhsuldar ötürmə edib.

Bu mövsüm “Bavariya”nın heyətində 44 qol vuran və 12 məhsuldar ötürmə edən Harry Kane statistikası ilə də seçilib.

Lissabonun “Sportinq”ində çıxış edən isveçli hücumçu Viktor Gyokeres cari mövsümdə 43 dəfə qapını silkələyib, 14 dəfə qol ötürməsi edib.

“Manchester City”nin çempionluğunda mühüm rol oynayan Erlinq Haaland 38 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.

Liverpool”da çıxış edən Muhammed Salah 25 qol vurub, 14 dəfə topu ötürmə edib.