Maurico Pochettino ilk qələbəsini qeyd edib

Bakı, 13 oktyabr, Sporaz.tv

ABŞ millisinin yeni baş məşqçisi Mauricio Pochettino ilk görüşündə qalib gəlib.

Sporaz.tv xəbər verir ki, DÇ-2026-nın ev sahiblərindən olan ABŞ, yoldaşlıq görüşündə Panama ilə üz-üzə gəlib.

Matçın ilk yarısı qolsuz başa çatsa da, ikinci hissədə vurduğu qollarla ABŞ qalibiyyəti əldə edib.


Mauricio Pochettinonun komandasına qələbə qazandıran qolları 49-cu dəqiqədə Yunus Musa, 90+4-cü dəqiqədə isə Ricardo Pepi vurub.

ABŞ, növbəti yoldaşlıq oyununda Meksika ilə qarşılaşacaq.