Mauricio Pochettino, karyerasında bir ilk yaşayıb

Bakı, 11 sentyabr, Sporaz.tv

ABŞ Futbol Federasiyası, Mauricio Pochettinonun baş məşqçi təyin edildiyini açıqlayıb. Pochettino karyerasında ilk dəfə millini çalışdıracaq.

Sporaz.tv xəbər verir ki, Mauricio Pochettino ABŞ milli komandasının yeni baş məşqçisi olub.

ABŞ Futbol Federasiyasının saytında verilən açıqlamada Mauricio Pochettino ilə razılığa gəlindiyi bildirilib.

Gregg Berhalteri əvəzləyən Poçettino, məşqçilik karyerasında ilk dəfə millini çalışdıracaq. Pochettino, sonuncu dəfə İngiltərə Premyer Liqa komandası olan Chelsea (Çelsi)-də çıxış edib.

“ABŞ Milli Komandasının yeni baş məşqçisi olmaq qərarını vermək mənim üçün təkcə futbolla bağlı deyildi, bu ölkənin keçdiyi yolla bağlı idi. Burada həqiqətən tarixi bir şeyə nail olmaq üçün enerji, ehtiras və istək var. Bunlar Məni ruhlandıran şeylərdir”-Pochettino açıqlamasında bildirib.

Məşqçilik karyerasına “Espanyol”da başlayan Mauricio Pochettino, daha sonra Premyer Liqada “Southampton” və “Tottenham”ı çalışdırıb.

“Tottenham”dan ayrıldıqdan sonra Paris Saint Germain ilə müqavilə imzalayan Pochettino, ötən mövsümün əvvəlində Chelsea (Çelsi) ilə Premyer Liqaya qayıdıb. Argentinalı çalışdırıcı mövsüm başa çatdıqdan sonra komandanı tərk edib.

Pochettino, baş məşqçilik karyerası ərzində Fransa Superkubokunu, Fransa Liqa 1 və Fransa Kubokunu qazanıb.

Leave a Reply