Matthijs de Ligt ilə müqavilə imzalandığı rəsmən elan edilib

Bakı, 14 avqust, Sporaz.tv

Manchester United“(Mançester Yunayted), “Bavariya“dan hollandiyalı müdafiəçi Matthijs de Ligti transfer etdiyini açıqlayıb.

Sporaz.tv məlmat verir ki, İngiltərə Premyer Liqa komandası Manchester United, “Bavariya” 25 yaşlı müdafiəçi Matthijs de Ligt ilə 5+1 illik müqavilə imzalayıb.

İngiltərə mətbuatında çıxan xəbərlərə görə, Premyer Liqa komandası, de Ligt üçün “Bavariya”ya 45 milyon avroluq transfer haqqı ödəyəcək. Bildirilib ki, iki komanda arasında bağlanan müqaviləyə 5 milyon avro bonus ödənişi daxil edilib.

Hollandiyalı müdafiəçi müqavilənin imzalanma mərasimində verdiyi açıqlamada: “Manchester Unitedin məni istədiyini eşidən kimi, belə tarixi bir klubda yeni çağırış etmək fürsəti əldə etdiyim üçün həyəcanlandım. Sonrakı görüşlərdə, mən çox sevindim. Futbol menecerlərinin irəli sürdüyü vizyondan və mənə təyin etdikləri roldan təsirləndim.”- dedi.

“Manchester United”in hollandiyalı baş məşqçisi Erik ten Hag haqqında danışan Matthijs de Ligt dedi: “Erik ten Hag karyeramın ilkin mərhələlərini formalaşdırdı, ona görə də o, məndən ən yaxşısını necə çıxaracağını bilir və mən onunla yenidən işləmək üçün səbirsizlənirəm. ” – dedi.